Kiyev bombalandı: Zelenski ölkəyə geri qayıtmağa məcbur oldu

Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevə raket və pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirdiyi hücum nəticəsində azı 12 nəfər həlak olub.
Crossmedia.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi İdarəsinin rəisi Timur Tkaçenko “Telegram” hesabında açıqlama verib.
O, Svyatoşin rayonunda bir binanın dağıntıları altında axtarış işlərinin getdiyini və ölənlərin sayının arta biləcəyini bildirib.
Ukrayna prezidenti Volodimir Zelenski də hücumlara münasibət bildirib. Hazırda Cənubi Afrikada rəsmi səfərdə olan dövlət başçısı öz “Telegram” hesabında paylaşım edərək Rusiyanın ballistik raketlər də daxil olmaqla 70-ə yaxın raket və 150-dən çox PUA ilə ölkənin müxtəlif bölgələrini hədəf aldığını qeyd edib.
Zelenskinin sözlərinə görə, hücumlar nəticəsində 80-dən çox insan yaralanıb. O, Cənubi Afrikaya səfərini dərhal yarımçıq qoyaraq ölkəsinə qayıtmaq qərarına gəlib.
Hadisə yerində axtarış-xilasetmə işləri aparılır.
23:34 24.04.2025
Oxunuş sayı: 635