Hakan Fidan: “Türk dünyası ilə münasibətlərimizə manipulyasiya etməyə çalışanların cəhdləri uğursuz olacaq”

Türkiyə xarici işlər naziri Hakan Fidan, Türk dünyası ilə münasibətləri pozmağa çalışanlara qarşı sərt açıqlama verib. Fidan, bu manipulyasiyaların nəticəsiz qalacağını və Türkiyənin prinsip olaraq ailə məsələlərini ictimaiyyət qarşısında müzakirə etməməyə üstünlük verdiyini bildirib.
Crossmedia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Fidan daha sonra Kipr, Egey və Şərqi Aralıq dənizindəki vəziyyətlə bağlı da bəyanat verib. O, bu bölgələrdə heç bir təktərəfli addımın atılmasına icazə verməyəcəklərini vurğulayıb. "Kipr türkləri türk dünyası ailəsinin ayrılmaz bir parçasıdır. Bu fakt dəyişməyəcək," – deyə Fidan qeyd edib.
Mədinə Cəlilova
21:56 24.04.2025
Oxunuş sayı: 972