Zelenski ABŞ-nin təklif etdiyi strategiya ilə bağlı açıqlama verdi

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, ABŞ tərəfindən təklif olunan strategiya və razılaşmalar Ukraynanın dəyərlərinə və Konstitusiyasına zidd olmamalıdır. Prezidentin sözlərinə görə, bu prinsip heç bir müzakirədə və razılaşmada dəyişdirilməzdir.
Crossmedia.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Zelenski, Londonda keçirilən görüşün ardından, ABŞ tərəfinin təklif etdiyi müvafiq strategiyanın təqdim edildiyini və Ukraynanın Avropa komandası ilə ABŞ nümayəndələrinin bu məsələdə müzakirələr apardığını qeyd edib. O, əlavə etdi ki, müəyyən məqamlar kağız üzərində müəyyənləşdirilib və ABŞ-nin təklifindən sonra digər sənədlər də hazırlanıb. “Bu gün o sənəd prezident Trampın masasının üstündədir",– deyə Zelenski vurğulayıb.
Həmçinin, Zelenski Rusiyanın Londonda görüşdən sonra böyük bir qalmaqal gözlədiyini, lakin görüşün fikir ayrılıqları ilə deyil, qarşılıqlı işin davam etdirilməsi məqsədi ilə yekunlaşdığını qeyd edib.
Mədinə Cəlilova
21:45 24.04.2025
Oxunuş sayı: 926