The Times: Britaniya və Fransa Ukraynaya qoşun yeritmək planlarını yumşaldır

Britaniya və Fransa Ukraynaya hərbi kontingent göndərmək planlarında dəyişikliklər edib. Bu barədə “The Times” nəşri məlumat yayıb.
Crossmedia.az xəbər verir ki, mənbənin yazdığına görə, planlarda yumşalma Londonda aparılan danışıqlardan sonra baş verib. Rəsmi şəxslər arasında narahatlıq yaranıb ki, Rusiya Britaniya və Avropa ölkələrinin qoşunlarının Ukrayna ərazisində mövcudluğunu sülhməramlı missiya kimi deyil, “birtərəfli hərbi müdaxilə” kimi qəbul edə bilər.
Buna baxmayaraq, Britaniya hökuməti hələ də Ukraynanın təhlükəsizliyini təmin etmək üçün hərbi dəstək planlarından tamamilə imtina etməyə hazır deyil.
Hazırda tərəflər regionda vəziyyətin eskalasiyasının qarşısını almaq məqsədilə ehtiyatlı strategiyalar üzərində işləyirlər.
Mədinə Cəlilova
20:28 24.04.2025
Oxunuş sayı: 806