ABŞ Yəməndə husilərə qarşı hərbi əməliyyatları davam etdirir

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Yəməndə husilərə qarşı həyata keçirdiyi hərbi əməliyyatların yeni görüntülərini yayımlayıb. Rəsmi məlumatda bildirilir ki, son bir neçə saat ərzində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Yəmənin beş əyalətində husilərin hədəflərinə qarşı genişmiqyaslı hava zərbələri endirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Əməliyyatlar nəticəsində husilərə məxsus düşərgələr, silah anbarları və komanda məntəqələri vurulub. CENTCOM-un yaydığı açıqlamada qeyd olunur ki, ümumilikdə 28 hədəf məhv edilib və bu zərbələrin məqsədi bölgədə dəniz nəqliyyatına və beynəlxalq ticarət marşrutlarına qarşı yönəlmiş hücumların qarşısını almaqdır.
Qeyd edək ki, son aylarda husilər Qırmızı dənizdə və Ədən körfəzində bir neçə beynəlxalq yük gəmisinə hücumlar təşkil edib. Vaşinqton bu hücumları regional və qlobal sabitliyə təhdid kimi qiymətləndirərək, cavab tədbirləri görəcəyini bəyan etmişdi.
ABŞ tərəfi əməliyyatların beynəlxalq hüquq çərçivəsində və özünümüdafiə məqsədilə həyata keçirildiyini vurğulayır.
Mədinə Cəlilova
19:10 24.04.2025
Oxunuş sayı: 959