İstanbul titrəməyə davam edir: 6,2 baldan sonra 266 afterşok

İstanbulun Silivri sahillərində Mərmərə dənizində baş verən 6,2 bal gücündə zəlzələdən sonra 266 afterşok qeydə alınıb.
Crossmedia.az türk mətbuatına istinadən xəbər verir ki, bu barədə Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Qurumu (AFAD) məlumat yayıb.
Dünən saat 12:49-da baş verən əsas zəlzələdən sonra bu gün səhər saat 09:00-a qədər müxtəlif gücdə yeraltı təkanlar müşahidə olunub.
Qeyd olunur ki, afterşokların 258-i 0-4 bal, 7-si 4-5 bal, biri isə 5 baldan güclü olub.
Son məlumatlara görə, zəlzələ nəticəsində 236 nəfər xəsarət alıb.
Aybəniz Səfərova
13:05 24.04.2025
Oxunuş sayı: 1014