Müsəlmanların yaşadığı bölgəyə silahlı hücum: 26 ölü


Hindistanın idarə etdiyi Cammu və Kəşmir bölgəsində baş verən silahlı hücum nəticəsində azı 26 nəfər həyatını itirib, çox sayda insan yaralanıb.
Crossmedia.az “The Indian Express” qəzetinin yaydığı məlumata istinadən xəbər verir ki, hücum müsəlmanların çoxluq təşkil etdiyi Pahalqam rayonunda baş verib. İki və ya üç nəfərdən ibarət silahlı qrup bölgəyə gələn turistlərə atəş açıb.
Polis əməkdaşları azı 26 nəfərin öldüyünü, yaralıların isə dərhal xəstəxanalara çatdırıldığını açıqlayıb. Yaralılardan ən azı ikisinin vəziyyətinin ağır olduğu bildirilir. Hücumla bağlı hələlik heç bir qrup məsuliyyəti üzərinə götürməyib.
Hindistanın Baş naziri Narendra Modi hadisəyə dərhal reaksiya verərək X (keçmiş Twitter) platformasında paylaşım edib: "Cammu və Kəşmirin Pahalqam rayonunda törədilən terror aktını şiddətlə qınayıram. Yaxınlarını itirənlərə başsağlığı verir, yaralıların tezliklə sağalmasını diləyirəm".
Modi əlavə edib ki, hücuma görə məsuliyyət daşıyan şəxslər ədalət qarşısında cavab verəcək və Hindistanın terrorla mübarizədəki iradəsi daha da möhkəmlənəcək.
Hadisənin baş verdiyi bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib, araşdırma davam edir.
Aybəniz Səfərova
00:30 23.04.2025
Oxunuş sayı: 639