Qaqauz Eli parlamentinin spikeri Dmitri Konstantinova iki aylıq ölkədən çıxış qadağası qoyulub

Qaqauz Eli Xalq Məclisinin sədri Dmitri Konstantinov bildirib ki, ona iki aylıq müddətə Moldovanı tərk etmək qadağan edilib.
“Pasxa bayramı ərəfəsində məni axşam saatlarında çağırdılar və bildirdilər ki, ölkəni tərk etməyimə icazə verilmir. Mən bu işi siyasi sayırəm. Baş prokurora məktub yazdım və məni ölkədən buraxmadıqları anı əks etdirən videonu da təqdim etdim”, — deyə o bildirib.
Crossmedia.az bildirib ki, Konstantinov xatırladıb ki, daha əvvəl də Moldova sərhədçiləri onu iki dəfə Kişineu hava limanından çıxmağa qoymayıblar. Həmçinin, ona Moldova Xarici İşlər Nazirliyi tərəfindən verilmiş diplomatik pasport da əlindən alınıb. Onun sözlərinə görə, həmin vaxt xüsusi xidmət orqanlarının əməkdaşları ondan Qaqauz Eli rəhbəri Yevgeniya Gutulun vəzifədən uzaqlaşdırılmasına dəstək verməsini tələb ediblər.
Fidan Xəlilova
19:35 22.04.2025
Oxunuş sayı: 832