HƏMAS atəşkəs üçün Türkiyənin dəstəyini gözləyir

Əldə olunan məlumata görə Asharq Al-Awsat bildirib ki, HƏMAS İsraillə atəşkəs təşəbbüsünü irəli aparmaq üçün Türkiyədən vasitəçilik gözləyir.
Təşkilat Qəzza zolağında atəşkəslə bağlı yeni təşəbbüsünü irəli sürməyə çalışır və bu təşəbbüsü ABŞ prezidenti Tramp administrasiyasına çatdırmaq üçün Türkiyənin dəstəyinə ehtiyac duyur.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, HƏMAS rəhbərliyi hesab edir ki, təşkilat tərəfindən təklif olunan “əhatəli razılaşma” Türkiyə rəsmiləri tərəfindən Tramp administrasiyasına təqdim oluna bilər, çünki Türkiyə ilə ABŞ arasında “yaxşı münasibətlər” mövcuddur.
HƏMAS-ın təklifində bütün israilli əsirlərin azad edilməsi qarşılığında razılaşdırılmış sayda fələstinli məhbusun azad olunması, döyüş əməliyyatlarının dayandırılması və İsrail ordusunun Qəzza zolağının bütün ərazilərindən çıxarılması nəzərdə tutulur.
Zeynəb Yunuszadə
18:18 22.04.2025
Oxunuş sayı: 698