Rusiya XİN: Ermənistanın Aİ-yə inteqrasiya cəhdləri Moskvanı narahat edir

Ermənistanın Avropa İttifaqına inteqrasiya istəyi Moskvanı narahat edir. Rusiya Xarici İşlər nazirinin müavini Aleksandr Qruşko bildirib ki, əgər Ermənistan Qərbin geosiyasi oyunlarına cəlb olunarsa, Avrasiya İqtisadi İttifaqından (Aİİ) əldə etdiyi mühüm üstünlükləri itirə bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Jurnalistin “Ermənistanın Aİ-yə üz tutması Moskvanı narahat edirmi?” sualını Qruşko təsdiqləyərək cavablayıb:
“Əlbəttə ki, bu, narahatlıq doğurur. Çünki bu cür istiqamət Ermənistanın Aİİ-dəki üzvlüyü ilə uyğunlaşmır. Biz bunu erməni tərəfdaşlarımızla apardığımız çoxsaylı danışıqlarda açıq şəkildə bildiririk”, – deyə diplomat vurğulayıb.
Qruşkonun sözlərinə görə, Ermənistan Aİİ-nin üzvü olmaqla dinamik inkişaf mərhələsinə qədəm qoyub və iqtisadiyyatın əsas sahələrində artım müşahidə olunur:
“Bu, böyük bir nailiyyətdir və Ermənistan onu itirmək riski ilə üz-üzədir. Əgər Qərb Ermənistanı Rusiyadan və digər təbii müttəfiqlərindən uzaqlaşdırmaq üçün geosiyasi oyunlara sürükləsə, bu, ciddi nəticələr doğura bilər”, – deyə nazir müavini əlavə edib.
Fatimə Məmmədova
15:25 22.04.2025
Oxunuş sayı: 828