Sabiq ABŞ rəsmisi: "İrana hərbi hücum real ehtimaldır”

ABŞ Dövlət Departamentinin Obama administrasiyasındakı farsdilli sözçüsü Alan Ayre “Bloomberg” şəbəkəsinə müsahibəsində Vaşinqton və Tehran arasında aparılan danışıqlarla bağlı deyib:
“Hazırda vəziyyət ABŞ-ın istədiyi və İranın imtina etməyə hazır olduğudur. Görünür, İran zənginləşdirilmiş uran ehtiyatını əhəmiyyətli dərəcədə azaltmağa hazırdır”.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
O, İrana hərbi hücumun mümkünlüyünə toxunaraq vurğulayıb: “Bu, real ehtimaldır və onun nəticələri çox təhlükəli olardı. Çünki kimin zərbəsindəb asılı olmayaraq, İranın nüvə obyektlərinə hücum müvəqqəti olaraq problemi həll edə bilər, ancaq Yaxın Şərqdə hərbi əməliyyatların aparılması barədə qərar qəbul edildikdə, nəticələr adətən təsəvvür ediləndən qat-qat pis olur”.
15:19 22.04.2025
Oxunuş sayı: 801