Papa Fransiskin dəfn mərasimi 26 apreldə baş tutacaq

Roma Papası Fransiskin dəfn mərasimi aprelin 26-da keçiriləcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Müqəddəs Taxtın mətbuat xidməti məlumat yayıb.
Mərasim Santa Maria Maggiore bazilikasında keçiriləcək.
Pontifik vəsiyyətnaməsində dəfn mərasiminin daha az təntənəli keçirilməsini və adi bir xristianın dəfninə bənzəməsini tapşırıb.
Fransisk həmçinin tabutun təntənəli möhürlənmə mərasimindən və onun pontifikliyi dövründə zərb edilmiş sikkələrin və əməllərinin qısa təsvirinin tabuta qoyulması ənənəsindən imtina edib. O, sink üzlüklü sadə taxta tabut seçib.
Hazırda "Müqəddəs Marfa" evində Fransisklə vida mərasimi keçirilir.
13:30 22.04.2025
Oxunuş sayı: 938