“Bu gün Avropa İttifaqından heç bir təhlükə yoxdur, təhlükə Rusiyadandır”. - Polşanın prezidentliyinə namizəd

Polşa prezidentliyinə namizəd: “Avropanı Rusiyaya güzəştə getmək ABŞ-ın da təhlükəsizliyinə zərər verəcək”
Polşa prezidentliyinə namizəd Rafal Traxovski bəyan edib ki, Avropanı Rusiyaya güzəştə getmək ssenarisi yalnız Avropanın deyil, ABŞ-ın da təhlükəsizliyinə ciddi şəkildə xələl gətirə bilər.
"Biz amerikalılara izah etməliyik ki, Avropanı Rusiyaya güzəştə getmək onların təhlükəsizliyi üçün də təhdiddir", – deyə Traxovski bildirib.
O, əlavə edib ki, rasional düşünən hər kəs Polşanın həm ABŞ-a, həm də Avropa İttifaqına ehtiyac duyduğunu anlayır:
Traxovskinin bu açıqlamaları Polşanın gələcək təhlükəsizlik strategiyası və transatlantik münasibətlər kontekstində mühüm əhəmiyyət daşıyır.
20:20 20.04.2025
Oxunuş sayı: 517