Papa Francis, ABŞ vitse-prezidenti Vens ilə görüşüb

Vatikan Papa Francis ilə ABŞ-nin vitse-prezidenti Ceyms David Vens arasında qısa görüş baş tutduğunu açıqlayıb.
Crossmedia.az xarici media istinadən xəbər verir ki, məlumata görə, Paskalya bayramı münasibətilə ailəsi ilə birlikdə İtaliya və Vatikanı ziyarət edən Vance bu gün səhər saatlarında Papa ilə bir araya gəlib.
Görüş zamanı tərəflər qarşılıqlı bayram təbriklərini ifadə ediblər. Vatikan qeyd edib ki, söhbət qısa olsa da, dostluq və xoş niyyət atmosferində keçib.
Mədinə Cəlilova
19:16 20.04.2025
Oxunuş sayı: 475