Ceyhun Bayramov Qazaxıstana gedəcək

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov martın 11-də Qazaxıstana rəsmi səfər edəcək. Bu barədə Qazaxıstanın Xarici İşlər Nazirliyi xəbər verir.
Səfər çərçivəsində Qazaxıstanın Baş nazirinin müavini - xarici işlər naziri Murat Nurtleu ilə danışıqların aparılması planlaşdırılır. (report)
15:02 07.03.2025
Oxunuş sayı: 3242