Azərbaycan bunu da bacardı – Dünya mediasının diqqəti bu mövzudadır

Əzəli Azərbaycan torpaqları olan, hazırda bütün dünyanın diqqətini özünə cəmləşdirən Şərqi Zəngəzurla bağlı hamımızı narahat edən məqamlar var. Azərbaycan ordusunun II Qarabağ müharibəsində əldə etdiyi qələbə artıq bütün dünyaya məlumdur. Azərbaycan öz ərazi bütövlüyünü cəmi 44 günə bərpa etməsiylə dünyada öz gücünü nümayiş etdirdi. Müharibədə soydaşlarımız tək bir cəbhədən savaşmır, eyni zamanda da informasiya cəbhəsində müharibə gedirdi. Bu məqamda medianın rolunun nə qədər böyük olduğu bir daha görmüş olduq. Son zamanlar isə yerli mətbuat orqanlarıyla yanaşı xarici mətbuatda da Qərbi Azərbaycanla bağlı yazılar dərc olunur.
Mövzuyla bağl Crossmedia.az-a danışan Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının üzvü Əfqan Vəliyev xarici mətbuatda çap olunan məqalələr, onun aparılan mübarizəyə faydası haqqında fikrini bölüşüb:
-Qərbi Azərbaycan tarixən Azərbaycan torpaqlarıdır. Əcdadlarımız e.ə II yüzillikdən etribarən orada yaşayıblar və ərazinin əsas sakinləri kimi beynəlxalq ictimaiyyət və dünya tərəfindən tanınıblar. Bu toponimlərdə, maddi-mədəni irs nümunələrində əksini tapıb. Təəssüf olsun ki, İranın Xoy, Salmas, Türkiyənin Ərdahan, Qars, Van, İğdır, Malatya, Doğu Bəyazid və s. kimi ərazilərindən köçürülən ermənilər Qərbi Azərbaycan ərazisinə yerləşib. Əraziyə yerləşəndən sonra silahlanaraq yerli əhaliyə qarşı zaman-zaman terror hadisələri törədiblər. Bu terror hadisələri Kürəkçay, Gülüstan və Türkmənçay müqavilələri ilə gerçək olub. 1829-cu ildə Ədirnə sülh müqaviləsi ilə Türkiyə ərazisindən Qərbi Azərbaycan ərazisinə daha böyük kütləvi köç baş verir. Ədirnə müqaviləsindən sonra ərazidə hakimiyyət strukturları rusların əlinə keçir və erməniləşdirmə siyasəti gerçəkləşdirirlər.
Erməni Şopenin apardığı siyahıyaalma ilə erməni xalqını ərazinin əsas sakinləri kimi göstərilməyə çalışırdı. Tarix saxtalaşdırılır, rəqəmlər saxtalaşdırılır və azərbaycanlılara məxsus bir çox maddi-mədəni irs nümunələri siyahıya alınmır. Əksər irs nümunələrimiz dağıdılır və vandalizmə məruz qalır. Erməni dövlətinin yaradılması üçün daşnak, qınçaq və digər terror təşkilatları qanlı müharibələr aparır. 1918-20-ci illərdə kütləvi terror hadisələri törədilir və çox sayıda azərbaycanlı həlak olur. Xarici mətbuatda bu barədə az da olsa məlumat verilir. Qərbi Azərbaycanda aparılan erməniləşdirmə siyasəti nəticəsində qondarma erməni dövləti yaradılır. Ərazinin əsli sakinləri kütləvi şəkildə köçürülür. 1948-53-cü ildə azərbaycanlıların deportasiyası baş verir. Bu hadisələr Sovet dövründə baş verdiyi üçün məlumatlar beynəlxalq aləmdə gizli qalır. Zəngəzur da Azərbaycandan qoparılır və Ermənistana verilir. Bunun nəticəsi olaraq Azərbaycanla Naxçıvan arasında quru sərhəd bağlanır. Beynəlxalq aləm bundan xəbərsiz qalır. 1987-91-ci illərdə Qərbi Azərbycanlılar sonuncu dəfə kütləvi olaraq köçürülür. Bu hadisələr Sovet Rusiyasının dövrünə təsadüf etdiyi üçün beynəlxalq aləm baş verənlərdən xəbər tutmayıb. Qısa bir müddətdən sonra isə Dağlıq Qarabağ ərazisində baş verən soyqırımlarıyla əhali məcbur öz yurdundan çıxarılır. Qarabağın və Azərbaycanın daxili ərazilərinin işğalı ölkənin bir nömrəli siyasi məsələsinə və prioritetinə çevrilir. Vətən müharibəsindəki qələbədən sonra Azərbaycanın növbəti hədəf qərbi azərbaycanlıların qayıdışı məsələsi olur. Qərbi Azərbaycan konsepsiyası hazırlanır, icma yaralılır. Burada məqsəd qərbi azərbaycanlıların deportasiyaya məruz qaldıqlar əzəli torpaqlarına qayıtmasıdır. Bunun gerçəkləşməsi üçün beynəlxalq mətbuatda bu məsələlərin işiqlandırılması mühümdür. Qərbi Azərbaycan həqiqətlərinin xüsusən də Qrəb mediasında işıqlandılıması lehimizədir. BMT, TDT, İƏT-də bu məsələlərin müzakirə olunması, AŞPA-da gündəmə gətirilməsi Qərbi Azərbaycana sülhlə qayıdışın əsas hədəflərindəndir. Beynəlxalq marifləndirmə Qərbi Azərbaycana ləyaqətlə və beynəlxalq qayıdış üçün mühümdür. Beynəlxalq ictimaiyyətin məlumatlılığı, beynəlxalq ekspertlərin və medianın mövqeyi mütləq vasitələrdəndir. Türkiyə, Bolqarıstan, ABŞ və başqa ölkələrin mətbuatında Qərbi Azərbaycanla bağlı məlumatların çox olmağı mühüm addımdır.
Sevinc Bağırlı
09:24 21.02.2025
Oxunuş sayı: 6421