Azərbaycan milli mətbuatının 150 illiyi ilə bağlı yubiley medalı təsis olundu

Prezident İlham Əliyev "Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliyi təsdiqləyib.
Crossmedia.az xəbər verir ki, dəyişikliklə "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 23, maddə 996; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) 2-ci maddəsinə "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı;" hissəsindən sonra aşağıdakı məzmunda yeni hissə əlavə edilir:
"Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)" Azərbaycan Respublikasının yubiley medalı".
Həmçinin "Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)" Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə", eləcə də yubiley medalının təsviri təsdiq olunub.
18:16 20.02.2025
Oxunuş sayı: 29322