"The Jerusalem Post": "Azərbaycanın rolu getdikcə artır"

İsrailin "The Jerusalem Post" nəşri Azərbaycan Prezidentinin köməkçisi, Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə İsrail Baş naziri Benyamin Netanyahunun görüşünə dair məqalə dərc edib.
Crossmedia.az adı çəkilən nəşrə istinadən xəbər verir ki, məqalədə İsrailin regional siyasətində Azərbaycanın rolu getdikcə artdığı qeyd olunub: "Müzakirələr təkcə ikitərəfli əlaqələri deyil, həm də Azərbaycanın İsraillə müsəlman ölkələri arasında münasibətləri gücləndirməyə yönəlmiş "Əbraham sazişləri"nə mümkün qoşulmasını da əhatə edib.Azərbaycan unikal coğrafi mövqeyi ilə regional təhlükəsizlik arxitekturasında mühüm yer tutur. Geosiyasi qeyri-sabitlik fonunda Azərbaycan regionda təhlükəsizliyin və iqtisadi əməkdaşlığın təmin edilməsində getdikcə daha əhəmiyyətli oyunçuya çevrilir. Bundan əlavə, İsraillə strateji əməkdaşlıq təkcə İsrail üçün deyil, ABŞ üçün də vacibdir. Xüsusilə, Bakı ilə əlaqələrin gücləndirilməsi Vaşinqtonun Mərkəzi Asiya ölkələri arasında mövqelərini gücləndirməsinə kömək edə bilər”.
Qeyd edək ki, Hikmət Hacıyevlə Netanyahu arasında görüş fevralın 19-da keçirilib.
11:20 20.02.2025
Oxunuş sayı: 3585