TCG İzmir və TCG İzmit suya endirildi
Crossmedia.az xəbər verir ki, Türkiyə Hərbi Dəniz Qüvvələrinin yeni freqatları TCG İzmir (F-516) və TCG İzmit (F-517) rəsmi mərasimlə dənizə endirildi.
TCG İzmir, MİLGEM Layihəsi çərçivəsində inşa edilən altıncı gəmi olmaqla yanaşı, İstif sinif freqatların ikinci nümayəndəsidir. Bu freqatlar Türkiyənin müdafiə sənayesində əldə etdiyi mühüm nailiyyətləri əks etdirir və ölkənin dənizdəki hərbi gücünü daha da artırmağı hədəfləyir.
TCG İzmirin dənizə endirilməsindən sonra, layihənin davamı olaraq TCG İzmit də suya salınıb. Hər iki gəmi müasir texnologiyalarla təchiz olunub və ölkənin dəniz təhlükəsizliyi üçün strateji əhəmiyyət daşıyır.
Nihat Tahirov
21:33 12.01.2025
Oxunuş sayı: 1836