Tramp Polşanın Baş nazirini Prezidenti ilə səhv salıb
ABŞ Prezidenti Donald Tramp “Fox News” telekanalına açıqlamasında Polşanın Baş naziri Donald Tusk haqqında danışarkən onu ölkə Prezidenti Karol Navrotski ilə qarışdırıb.
Crossmedia.az xəbər verir ki, “Fox News” bu barədə məlumat yayıb.
“Mən Polşanın Baş nazirini bəyənirəm. Unutmayın ki, mən onu dəstəkləmişəm. O da mənim dəstəyim sayəsində qalib gəlib. Bilirsiniz, o, 10-cu yerdə idi və çox yaxşı insandır”, – deyə Tramp bildirib.
Lakin ABŞ Prezidenti 2025-ci ildə Polşada keçirilən prezident seçkilərində Donald Tusku deyil, Karol Navrotskini dəstəkləyib.
Donald Tusk isə Polşanın Baş naziridir və Trampın seçkilərdə dəstəklədiyi namizəd olmayıb.
Trampın açıqlaması onun Tuskla Navrotskini səhv saldığını göstərir.
17:21 20.11.2026
Oxunuş sayı: 94