Tramp: Rusiya raketləri Polşaya səhvən düşüb
ABŞ Prezidenti Donald Tramp Rusiyaya məxsus pilotsuz uçuş aparatları və raketlərin Polşa ərazisinə düşməsini təsadüfi hadisə kimi qiymətləndirib.
Crossmedia.az xəbər verir ki, “Fox News” telekanalı bu barədə məlumat yayıb.
“Putinin pilotsuz uçuş aparatları və bir neçə kiçik raketi səhvən Polşa ərazisinə düşüb”, – deyə Tramp bildirib.
ABŞ Prezidenti bu açıqlamanı Polşanın Baş naziri Donald Tuskun onun Rusiya Prezidenti Vladimir Putini “dost” adlandırmasına yönəlmiş tənqidini şərh edərkən verib.
Tramp Polşa Baş nazirinin narazılığına münasibət bildirərək bununla bağlı heç nə edə bilməyəcəyini söyləyib.
Bununla belə, Polşa hakimiyyəti Rusiya hərbi obyektlərinin ölkə ərazisinə düşməsini təsadüf hesab etmir.
Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış noyabrın 20-də ölkənin hava məkanının iki raket və bir pilotsuz uçuş aparatı olduğu ehtimal edilən üç obyekt tərəfindən pozulduğunu açıqlayıb.
Varşava hadisəni Rusiyanın təxribatı kimi qiymətləndirib.
17:19 20.11.2026
Oxunuş sayı: 105