Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Qubadlıdan olan vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
Aqrar Sığorta Fondunun (ASF) İdarə Heyətinin sədri Fuad Sadıqov Zəngilan rayonunun Ağalı kəndində Qubadlı rayonundan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib.
Crossmedia.az xəbər verir ki, qəbula
gələn vətəndaşların müraciətləri əsasən əkin sahələrinin və arıçılıq təsərrüfatlarının sığortalanması,
sığorta tarifləri, sığorta haqlarının hesablanması və digər məsələlərlə bağlı
olub.
Fuad
Sadıqov vətəndaşların müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərlə
bağlı ətraflı izah və məlumat verib, onların hərtərəfli öyrənilməsi və
qanunvericiliyə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar
verib.
Bildirilib
ki, arıçılıq təsərrüfatlarının sığortalanması ilə bağlı layihə ASF tərəfindən
hazırlanaraq razılaşdırılması üçün müvafiq qurumlara təqdim edilib.
Razılaşdırma prosesi başa çatdıqdan sonra arıçılıq təsərrüfatlarının da aqrar
sığorta mexanizminə cəlb edilməsi nəzərdə tutulur.
Qeyd
olunub ki, dövlət dəstəyi ilə həyata keçirilən aqrar sığorta fermer və təsərrüfatlar
üçün mühüm təminat mexanizmidir. Sığorta haqqının 50 faizinin dövlət tərəfindən
ödənilməsi fermerlərə sərfəli şərtlərlə təsərrüfatlarını və əkin sahələrini müxtəlif
risklərdən qorumaq imkanı yaradır. İşğaldan azad edilmiş ərazilərdə məskunlaşmış
və kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan fermerlər aqrar sığorta
mexanizmindən istifadə edərək öz təsərrüfatlarını sığortalaya bilərlər.
Qəbuldan
sonra Fuad Sadıqov Zəngilan rayonunda salınmış intensiv şaftalı və ərik
bağlarına baş çəkib, burada aparılan aqrotexniki tədbirlərlə tanış olub.
14:20 20.11.2026
Oxunuş sayı: 61