Bakıda avtoxuliqanlıq edən sürücü həbs olunub
Paytaxtda avtoxuliqanlıq edən daha bir sürücü həbs edilib.
Crossmedia.az xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi bu barədə məlumat yayıb.
Yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edən, digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradan “Vaz 2107” markalı, 90-KK-071 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Rüfət Mustafazadə Bakı Şəhər BPİ DYP İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Sürücü barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə nəqliyyat vasitəsini idarəetmə hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla R.Mustafazadə inzibati qaydada həbs edilib.
16:28 20.11.2026
Oxunuş sayı: 107