"Xalq Cəbhəsi" qəzeti 25 yaşını qeyd edir!
Qəzetçilik sadəcə xəbər çatdırmaq deyil, həm də cəmiyyətin düşüncəsinə, ictimai rəyə və tarixə öz töhfəsini verməkdir. Bu baxımdan "Xalq Cəbhəsi"nin 25 illik yubileyi həm də sözə, qələmə və jurnalist əməyinə verilən dəyərin ifadəsidir. Bu yolda əməyi keçən bütün jurnalistləri, redaktorları və əməkdaşları təbrik edirik.
Crossmedia.az olaraq "Xalq Cəbhəsi" qəzetinin 25 illik yubileyi münasibətilə nəşrin kollektivini ürəkdən təbrik edirik! Dörddəbir əsrlik fəaliyyət yolu bir qəzet üçün həm böyük təcrübə, həm də mühüm bir tarixdir. Bu illər ərzində ölkənin ictimai-siyasi həyatında baş verən hadisələr, dəyişən zaman və yeni çağırışlar mətbuatın qarşısında mühüm vəzifələr qoyub.
Arzu edirik ki, «Xalq Cəbhəsi» qəzeti bundan sonra da öz oxucularını maraqlı yazılar, aktual mövzular və sanballı araşdırmalarla sevindirsin. Kollektivə möhkəm cansağlığı, yaradıcılıq uğurları və uzunömürlü nəşr həyatı arzulayırıq. 25 yaşın mübarək, «Xalq Cəbhəsi»!
15:00 20.11.2026
Oxunuş sayı: 93