İran: Raketlərimiz 4 500 kilometr məsafəyə çata bilir
İran 4 500 kilometr mənzilli raketlərə sahib olduğunu və zərurət yaranarsa, Avropadakı ABŞ hərbi bazalarını hədəfə ala biləcəyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, “Tasnim” agentliyi bu barədə məlumat yayıb.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü Hüseyn Möhibi bildirib ki, ölkəsi Hind okeanında yerləşən, ABŞ və Böyük Britaniyanın birgə hərbi bazasının fəaliyyət göstərdiyi Dieqo-Qarsiya adası istiqamətində raket imkanlarını nümayiş etdirib.
Onun sözlərinə görə, İran əvvəllər raketlərinin 4 500 kilometr məsafəyə çata bildiyini göstərib.
Möhibi qeyd edib ki, raketlərin uçuş məsafəsinə tətbiq edilən 2 000 kilometrlik məhdudiyyət vaxtilə İranın mərhum ali rəhbəri Əli Xameneinin göstərişi ilə müəyyənləşdirilib.
SEPAH rəsmisi bildirib ki, hazırkı ali rəhbər müvafiq əmr verərsə, İran Avropada yerləşən ABŞ hərbi bazalarını da hədəfə almaq imkanına malikdir.
Bundan başqa, SEPAH-ın pilotsuz aviasiya bölməsinin komandiri İranın yeni nəsil pilotsuz uçuş aparatları (PUA) hazırladığını açıqlayıb.
O bildirib ki, hazırda bu texnologiyaların geniş ictimaiyyətə nümayiş etdirilməsi planlaşdırılmır. Komandirin sözlərinə görə, təxminən 10 il əvvəl hazırlanmış “Shahed” PUA-ları artıq köhnəlmiş texnologiya hesab olunur.
13:40 20.11.2026
Oxunuş sayı: 129