Qazaxıstan Çindən ilk Y-9E hərbi təyyarəsini alıb
Çin istehsalı olan Y-9E hərbi-nəqliyyat təyyarəsi Qazaxıstana gətirilib və ölkənin Silahlı Qüvvələrinin aviasiya parkına daxil edilib.
Crossmedia.az xəbər verir ki, Qazaxıstan Müdafiə Nazirliyi bu barədə məlumat yayıb.
Nazirliyin noyabrın 19-da yaydığı məlumata görə, təyyarə Almatı şəhərinə eniş edib. Bu, Qazaxıstan Hərbi Hava Qüvvələri üçün Çindən alınan ilk Y-9E tipli təyyarədir.
Qeyd olunur ki, Qazaxıstanın Milli Qvardiyasında artıq Çin istehsalı olan Y-8 hərbi-nəqliyyat təyyarələrindən istifadə edilir.
Yeni Y-9E təyyarəsi hərbi qulluqçuların, yüklərin və hərbi texnikanın daşınması üçün nəzərdə tutulub.
12:46 20.11.2026
Oxunuş sayı: 94