Mossad rəhbəri ABŞ-ni İrana yenidən zərbələr endirməyə çağırıb
İsrailin xarici kəşfiyyat xidməti olan “Mossad”ın rəhbəri Roman Hofman ABŞ-ni İrana qarşı hərbi zərbələri bərpa etməyə çağırıb.
Crossmedia.az xəbər verir ki, “The Wall Street Journal” bu barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, Roman Hofman ötən cümə Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp administrasiyasının nümayəndələri, o cümlədən Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliff ilə görüşüb.
Görüş zamanı “Mossad” rəhbəri İranın nüvə proqramına dair İsrailin kəşfiyyat məlumatlarını təqdim edib. O, İrana qarşı bir neçə gün davam edəcək yeni hava zərbələri kampaniyasının keçirilməsini təklif edib.
Bildirilir ki, İranın Yaxın Şərqdəki ABŞ hərbi bazalarına, radarlarına və digər sistemlərinə hücumlarından sonra Amerika hərbi qüvvələrinin və texnikasının əhəmiyyətli hissəsi daha təhlükəsiz hesab edilən İsrailə köçürülüb.
“The Wall Street Journal”ın məlumatına əsasən, Donald Tramp hələlik İrana qarşı atılacaq növbəti addımlarla bağlı müxtəlif variantları nəzərdən keçirir.
11:51 20.11.2026
Oxunuş sayı: 94