Uitkoff Ukrayna ilə bağlı danışıqların nəticəsini açıqlayıb
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Berlində Avropa liderləri ilə Ukrayna məsələsinə dair keçirilən danışıqları səmərəli və məhsuldar qiymətləndirib.
Crossmedia.az xəbər verir ki, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
“ABŞ Prezidentinin tapşırığı ilə Cared Kuşnerlə birlikdə Berlində ‘İstəklilər koalisiyası’nın görüşündə iştirak etmək üçün avropalı müttəfiqlərimizə qoşulduq. Söhbət açıq və məhsuldar oldu.
Berlinə səfərimizin məqsədi avropalı tərəfdaşlarla birbaşa ünsiyyət qurmaq, fikir mübadiləsi aparmaq və növbəti addımları müzakirə etmək idi. Biz məzmunlu və açıq müzakirələr apardıq, bütün iştirakçıların məsələyə ciddi yanaşmasını və işə sadiqliyini yüksək qiymətləndiririk”, – deyə Trampın xüsusi nümayəndəsi bildirib.
11:46 20.11.2026
Oxunuş sayı: 97