Tramp Zelenski və Avropa liderlərinə Putinlə razılaşmağı təklif edib
ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenskiyə və Avropa ölkələrinin rəhbərlərinə Rusiya ilə müharibənin başa çatdırılmasına dair razılaşma əldə etməyi təklif edib.
Crossmedia.az xəbər verir ki, “The Washington Post” qəzeti bu barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, Tramp Rusiya Prezidenti Vladimir Putinin Ukraynada müharibənin başa çatmasında maraqlı olduğunu bildirib.
ABŞ lideri Zelenski və Avropa ölkələrinin rəhbərlərini Kreml ilə razılaşma əldə etməyə çağırıb.
Trampın fikrincə, müharibənin başa çatması Avropa dövlətlərinə Ukraynaya ayırdıqları milyardlarla dolları öz ölkələrinin ehtiyaclarına yönəltmək imkanı verəcək.
Məlumata görə, ABŞ Prezidenti Avropa liderlərinə Ukraynaya xərclədikləri vəsaitləri öz ölkələrinin inkişafına sərf edə biləcəklərini vurğulayıb.
Qeyd edək ki, Tramp administrasiyası Rusiya-Ukrayna müharibəsinin dayandırılması məqsədilə diplomatik danışıqları davam etdirir. Bununla belə, tərəflər arasında yekun sülh razılaşması əldə olunmayıb.
11:43 20.11.2026
Oxunuş sayı: 94