Rusiya Ukraynanın gizli komanda məntəqəsini vurduğunu açıqlayıb
Rusiya qüvvələrinin Ukraynanın Xarkov vilayətində xüsusi əməliyyat qüvvələrinə məxsus 6-cı reyncer alayının komanda məntəqəsinə zərbə endirdiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, TASS agentliyi bu barədə məlumat yayıb.
“Xarkov vilayətində dəqiq zərbə nəticəsində Ukrayna Xüsusi Əməliyyat Qüvvələrinin 6-cı reyncer alayının komanda məntəqəsi vurulub. Ehtimal olunur ki, zərbə alayın məxfi sənədləşmə işlərinin aparıldığı sığınacağa endirilib”, – deyə agentliyin həmsöhbəti bildirib.
Mənbə zərbə nəticəsində şəxsi heyət arasında ciddi itkilərin olduğunu da iddia edib.
Qeyd edək ki, Rusiya tərəfinin açıqladığı bu məlumat Ukrayna tərəfindən təsdiqlənməyib.
11:40 20.11.2026
Oxunuş sayı: 104