Rusiya BMT-yə 7 milyon dollardan çox vəsait ayırıb
Rusiya BMT-nin Terrorla Mübarizə İdarəsinin əsas donorlarından biri olaraq qurumun qlobal və regional proqramlarına 7 milyon ABŞ dollarından çox maliyyə vəsaiti köçürüb.
Crossmedia.az xəbər verir ki, TASS agentliyi bu barədə məlumat yayıb.
“Rusiya mühüm donordur. İdarəmizin ən böyük donoru olmasa da, əsas donorlarından biridir. Biz artıq Rusiyadan məhz qlobal və regional terrorla mübarizə proqramlarımız üçün 7 milyon dollardan çox vəsait almışıq”, – deyə Zuev bildirib.
11:25 20.11.2026
Oxunuş sayı: 97