Türkiyə S-400 raket sistemlərini üçüncü ölkəyə sata bilər? – Rusiya səfirindən AÇIQLAMA
Rusiya Türkiyənin S-400 zenit-raket komplekslərini üçüncü ölkəyə mümkün satışı məsələsini Ankara ilə müzakirə edir.
Crossmedia.az xəbər verir ki, “Hürriyet” qəzeti bu barədə məlumat yayıb.
Diplomat bildirib ki, Moskva və Ankara S-400 hava hücumundan müdafiə sistemlərinin üçüncü ölkəyə təkrar ixracı məsələsində konstruktiv dialoq aparırlar.
“Türkiyəli dostlarımızla bu məsələ ətrafında çox hörmətli və sakit dialoq aparmağımız məni çox sevindirir. Bu, mənim siyasi mövqeyimdir”, – deyə səfir bildirib.
Verşinin bu fikirləri Türkiyənin S-400 sistemlərini başqa ölkəyə satmaq qərarı verəcəyi təqdirdə Rusiyanın necə reaksiya göstərəcəyi barədə sualı cavablandırarkən səsləndirib.
Xatırladaq ki, Kremlin sözçüsü Dmitri Peskov daha əvvəl Türkiyədəki S-400 komplekslərinin Rusiyaya dost ölkələrdən birinə verilməsi məsələsinin gündəmdə olduğunu və bu istiqamətdə müvafiq iş aparıldığını açıqlayıb.
Türkiyə 2017-ci ildə Rusiyadan 2,5 milyard dollar dəyərində dörd divizion S-400 hava hücumundan müdafiə sistemi alıb. Müqavilə üzrə tədarük 2019-cu ildə tamamlanıb.
Bu satınalma Ankara ilə Vaşinqton arasında ciddi fikir ayrılıqlarına səbəb olub və Türkiyə ABŞ-nin F-35 qırıcı təyyarələrinin istehsalı proqramından çıxarılıb.
2026-cı ilin iyulunda “Hürriyet” qəzeti S-400 komplekslərinin Fars körfəzi ölkələrindən birinə satıldığı barədə məlumat yayıb. Potensial alıcılar arasında Qətər və Birləşmiş Ərəb Əmirliklərinin adları çəkilib.
Lakin həmin satışın baş tutduğu rəsmi şəkildə təsdiqlənməyib.
10:40 20.11.2026
Oxunuş sayı: 111