Tramp administrasiyasında gözlənilməz istefa
ABŞ Prezident Administrasiyasının kibertəhlükəsizlik üzrə direktoru Şon Kernkross (Sean Cairncross) vəzifəsindən ayrılır.
Crossmedia.az xəbər verir ki, “Axios” portalı bu barədə məlumat yayıb.
Məlumata görə, Kernkrossun vəzifəsindən ayrılması barədə qərar Donald Tramp administrasiyası ilə fikir ayrılıqları ilə bağlı deyil. İlkin məlumatlarda onun öz istəyi ilə istefa verdiyi bildirilir.
“Axios”un mənbələri qeyd ediblər ki, Kernkross növbəti iki il ərzində bu vəzifədə qalmaq istəmir.
Onun məhz indi vəzifədən ayrılmasının səbəblərindən biri Ağ Evə yeni namizədin ABŞ Senatında təsdiqlənməsi üçün kifayət qədər vaxt yaratmaqdır.
Belə ki, yanvarın 3-dən etibarən Senatda nəzarətin Demokratlar Partiyasına keçəcəyi gözlənilir. Bu səbəbdən Tramp administrasiyası yeni kibertəhlükəsizlik rəhbərinin həmin tarixədək təsdiqlənməsində maraqlıdır.
Qeyd edək ki, Kernkross ABŞ-nin federal qurumları arasında kibertəhlükəsizlik siyasətinin və strategiyasının əlaqələndirilməsinə cavabdeh olub.
10:33 20.11.2026
Oxunuş sayı: 109