Litva XİN rəhbəri gələn həftə Azərbaycana səfər edəcək
Litvanın xarici işlər naziri Kestutis Budris noyabrın 24-26-da Azərbaycana səfər edəcək.
Bu barədə Crossmedia.az-a Litvanın Bakıdakı səfiri Kestutis Vaşkelyaviçyus bildirib.
Diplomatın sözlərinə görə, səfər iki ölkə arasında yüksək siyasi səviyyədə müntəzəm əlaqələrlə yanaşı, Litvanın Azərbaycanla münasibətlərə verdiyi əhəmiyyəti, eləcə də ikitərəfli tərəfdaşlığın gücləndirilməsinə sadiqliyini vurğulayır.
"2027-ci ilin birinci yarısında Litvanın Avropa İttifaqı Şurasına sədrliyi ərəfəsində bu səfər həmçinin Vilnüsün sədrliyinin Aİ ilə Azərbaycan arasında münasibətlərin daha da inkişafına necə töhfə verə biləcəyini müzakirə etmək üçün dəyərli imkan yaradacaq", - səfir qeyd edib.(Report)
09:13 20.11.2026
Oxunuş sayı: 118