"Şuşa – İƏT-in turizm paytaxtı 2026" tədbirinin bağlanış mərasimi keçirilib - YENİLƏNİB
"Şuşa – İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) turizm paytaxtı 2026" tədbirinin bağlanış mərasimi keçirilib.
Crossmedia.azxəbər verir ki, tədbirdə Azərbaycan, Türkiyə, Türkmənistan, Tacikistan, Özbəkistan, Pakistan, Qırğızıstan, Qazaxıstan, İran və Əfqanıstan nümayəndə heyətləri iştirak ediblər.
Bağlanış mərasimi müddətində təşkilata üzv dövlətlərin nümayəndə heyətlərinin iştirakı ilə turizm sərgisi təşkil olunub. Sərgidə hər bir ölkə öz stendlə təmsil olunaraq turizm potensialı, mədəni irs və turizm imkanlarını təqdim edib.
Bununla yanaşı, tədbirlər planı çərçivəsində cari il ərzində Şuşa şəhərində keçirilən tədbirlərə dair hesabat xarakterli təqdimat nümayiş olunub.
Bağlanış mərasimində Şuşanın 2026-cı il üzrə "İƏT-in turizm paytaxtı" statusunun başa çatması ilə əlaqədar 2027-ci il üçün müəyyən edilmiş titul Pakistanın Lahor şəhərinə təhvil verilib.
Mərasim mədəniyyət və konsert proqramı ilə yekunlaşıb.(Report)
18:14
İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) rəsmiləri 2026-cı ildə təşkilatın turizm paytaxtı olan Şuşada keçirilən tədbirlərdən razı qalıblar.
Crossmedia.az xəbər verir ki, bunu İƏT Baş katibinin müavini Yerjan Mukaş "Şuşa – İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) turizm paytaxtı 2026" tədbirinin bağlanış mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O, ötən il Ərzurumdan başlayan, bu il Şuşada keçirilən analoji tədbirin gələn il Pakistanın Lahor şəhərində davam edəcəyini vurğulayıb:
"Beləliklə, biz hər il təşkilatın turizm paytaxtı seçilən şəhərin yerləşdiyi ölkədə olacağıq. Tədbirin bu il Şuşada keçirilməsi çox qürurvericidir. Mən bundan öncə də Azərbaycanda, Şuşada olmuşam. Təşkilatın turizm paytaxtı olan Şuşada keçirilən tədbirlərdən çox razı qaldıq. Həmçinin bağlanış mərasimi çərçivəsində təqdim olunan sərgi bizdə dərin təəssürat yaratdı. Burada iştirakçı ölkələrin milli adətlərini əks etdirən geyim və aksessuarlarla tanış olduq".(Report)
19:43 18.11.2026
Oxunuş sayı: 154