Azərbaycanda itkin düşən 7 nəfər tapılıb
Azərbaycanda itkin düşmüş kimi axtarışda olan 7 nəfərin yeri müəyyən edilib.
Crossmedia.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti bu barədə məlumat yayıb.
Bildirilib ki, noyabrın 16-da polis tərəfindən keçirilən tədbirlər nəticəsində ailə üzvlərini məlumatlandırmadan yaşadıqları ünvanları tərk etmiş 7 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
11:20 17.11.2026
Oxunuş sayı: 128