Siyəzəndə ağır yol qəzası – Ölən var
Siyəzəndə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Crossmedia.az xəbər verir ki, Xanqulu Ağayevin idarə etdiyi “VAZ-2107” markalı avtomobil Mehrac Bayramovun idarə etdiyi “KamAZ” markalı yük avtomobili ilə toqquşub.
Hadisə nəticəsində Xanqulu Ağayev xəsarət alaraq Siyəzən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. O, xəstəxanada vəfat edib.
Faktla bağlı cinayət işi başlanılıb.(APA)
09:41 17.11.2026
Oxunuş sayı: 131