Şəmkirdə 62 yaşlı kişi evində ölü tapılıb
Şəmkir rayonunda 62 yaşlı kişinin meyiti yaşadığı evdə aşkarlanıb.
Crossmedia.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, 1964-cü il təvəllüdlü rayon sakini M.Tağıyevin meyiti yaşadığı evdə tapılıb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunublar.
Kişinin hansı şəraitdə öldüyü hələlik məlum deyil.
Meyit müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.(APA)
09:22 17.11.2026
Oxunuş sayı: 131