APA-nın 22 yaşı tamam olur!
Azərbaycanın informasiya məkanında özünəməxsus yeri və mövqeyi olan “Azəri-Press” Agentliyinin (APA) fəaliyyətə başlamasından 22 il ötür. 2004-cü il noyabrın 16-da fəaliyyətə başlayan agentlik ötən müddətdə ölkənin ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatının işıqlandırılmasında, mühüm hadisələrin operativ və obyektiv şəkildə ictimaiyyətə çatdırılmasında mühüm rol oynayıb. Çoxdilli yayım imkanları ilə Azərbaycan həqiqətlərinin beynəlxalq auditoriyaya çatdırılmasına da töhfə verib.
İnformasiya texnologiyalarının sürətlə dəyişdiyi, xəbərin saniyələr ərzində yayıldığı müasir dövrdə peşəkarlıq, operativlik və etibarlılıq media qurumları üçün əsas meyarlardır. APA-nın 22 illik fəaliyyəti Azərbaycan jurnalistikasının inkişaf tarixinin əhəmiyyətli səhifələrindən biridir.
Crossmedia.az olaraq bu əlamətdar gün münasibətilə agentliyin rəhbərliyini və bütün kollektivini təbrik edir, yeni uğurlar, yaradıcılıq nailiyyətləri və peşəkar fəaliyyətlərində davamlı inkişaf arzulayırıq. Doğum günün mübarək, APA!
10:23 16.11.2026
Oxunuş sayı: 145