"Çıraq" platformasından hasil olunan neft və qazın həcmi açıqlanıb
Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Çıraq" platformasından istismara veriləndən bu ilin noyabrın 1-dək 107,8 milyon ton neft və 25 milyard kubmetr qaz hasil edilib.
Bu barədə Crossmedia.az-a Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan neft sənayesinin simvollarından sayılan "Çıraq" platformasından ilk neft hasilatına başlanılmasından 29 il ötür.
Xatırladaq ki, "Azəri-Çıraq-Günışli" (AÇG ) Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də BP (30,37 %), SOCAR (35,3 %), MOL (9,57 %) INPEX (9,31 %), "ExxonMobil" (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), "ONGC Videsh Limited" (OVL) (2,92 %) pay sahibidir.
10:41 07.11.2026
Oxunuş sayı: 124