Azərbaycanda sahibkarlara bayram günləri ilə bağlı VACİB XƏBƏRDARLIQ
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi sahibkarlıq subyektlərinə müraciət edib.
Crossmedia.az xəbər verir ki, müraciətdə deyilir ki, ixrac olunan malların mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizaların keçirilməsi və belə ekspertizaların nəticələrinə uyğun olaraq malın mənşə ölkəsini təsdiq edən sertifikatların verilməsində fasiləsizliyin təmin edilməsi məqsədilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (yalnız Bakı KOB Evində göstərilən xidmətlər üzrə) və onun regional bölmələri (https://competition.gov.az/az/page/haqqimizda/regional-bolmeler), eləcə də Agentliyin tabeliyində fəaliyyət göstərən İstehlak Mallarının Ekspertizası Mərkəzi və regional bölmələri (https://www.ekspertiza.az/az/haqqimizda/regional-bolmeler) qeyri-iş günlərində – 7 və 10 noyabr 2026-cı il tarixlərində fəaliyyət göstərəcək.
Sahibkarlar qeyd edilən tarixlərdə müvafiq xidmətlərdən yararlanmaq üçün iş günlərində olduğu kimi aidiyyəti üzrə müraciət edə bilərlər.
14:32 06.11.2026
Oxunuş sayı: 89