Naxçıvanda noyabr ayının pensiyaları ödənilib
Naxçıvanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabr ayının pensiya ödənişi başa çatdırılıb.
Bu barədə Crossmedia.az-a ƏƏSMN-dan məlumat verilib.
Bildirilib ki, vətəndaşlar pensiyalarını plastik kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.
14:35 06.11.2026
Oxunuş sayı: 84