Lula Braziliyada dördüncü dəfə prezident seçilib
Braziliyanın hazırkı prezidenti Luis İnasiu Lula da Silva sağçı rəqibi Flavio Bolsonaroya qalib gələrək dördüncü dəfə prezident seçilib. O, səslərin 51,79 faizini toplayıb.
Crossmedia.az xəbər verir ki, BBC-nin məlumatına görə, Lula 1985-ci ildə ölkədə mülki idarəçiliyin bərpasından sonra ilk turda məğlub olub, ikinci turda qalib gələn ilk prezident olub.
Flavio Bolsonaro seçkinin nəticələrini tanımaqdan imtina edərək onların ləğvini tələb edib. Lakin Braziliyanın Ali Seçki Məhkəməsinin rəhbəri Lulanın qələbəsini təsdiqləyib və səsvermə müddətinin uzadılmasının nəticəyə təsir etmədiyini bildirib. Namizədlər arasındakı fərq 4,4 milyon səs olub.
Qələbəsindən sonra Lula ölkədə demokratiyanın müdafiəsinin vacibliyini vurğulayıb. Bununla belə, onu parçalanmış cəmiyyət, müxalifətin müqaviməti və Bolsonaronun tərəfdarlarının üstünlük təşkil etdiyi Konqreslə çətin siyasi dövr gözləyir.
ABŞ Prezidenti Donald Tramp isə heç bir sübut təqdim etmədən seçkilərin saxtalaşdırılmış kimi göründüyünü iddia edib. Bir sıra dünya liderləri Lulanı qələbə münasibətilə təbrik ediblər.
Lulanın yeni prezidentlik müddəti 2030-cu ilə qədər davam edəcək. O, çıxışında Braziliyanın heç bir ölkənin təsir dairəsində olmasını qəbul etməyəcəyini bildirib.
07:30 27.10.2026
Oxunuş sayı: 58