Ermənistanın Azərbaycan və Türkiyə sərhədlərində dəmir yolları bərpa edilə bilər
Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxıstan şirkətinin Azərbaycan və Türkiyə sərhədləri yaxınlığında yerləşən dəmir yolu sahələrinin bərpasında maraqlı olduğunu açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Paşinyan Qazaxıstan şirkətinin Yeraskh və Axurik ərazilərindəki dəmir yolu hissələrinin bərpasına maraq göstərdiyini bildirib.
Onun sözlərinə görə, dəmir yolu sahələrinin bərpası məsələsi gələn həftə Ermənistana səfər edəcək “Rusiya Dəmir Yolları” şirkətinin baş direktoru Oleq Belozerovla müzakirə olunacaq.
17:50 08.10.2026
Oxunuş sayı: 99