İranda hərbçi və polislərə iki silahlı hücum – Ölən və yaralananlar var
İranın Sistan və Bəlucistan əyalətində hərbçilər və polis əməkdaşlarına qarşı iki silahlı hücum nəticəsində azı iki nəfər ölüb, üç nəfər yaralanıb.
Crossmedia.az xəbər verir ki, yerli hakimiyyət orqanları bu barədə məlumat yayıb.
İlk hücum Makran sahilində yerləşən İran ordusunun 88-ci zirehli diviziyasının əməkdaşlarını daşıyan mikroavtobusa qarşı törədilib. Hərbçilər növbə dəyişməyə gedərkən Nikshehr şəhəri yaxınlığında nəqliyyat vasitəsi silahlı hücuma məruz qalıb.
Atışma nəticəsində Məhəmmədrza Okati adlı bir hərbçi həlak olub, daha üç nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Bundan qısa müddət sonra Zahidan şəhərində hüquq-mühafizə orqanlarının əməkdaşlarını daşıyan avtomobilə hücum edilib. Hücum İran təhlükəsizlik qüvvələri ilə silahlı şəxslər arasında toqquşmaya çevrilib və nəticədə daha bir polis əməkdaşı öldürülüb.
Yerli hakimiyyət orqanları və təhlükəsizlik qüvvələri hücum edən şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir.
13:25 08.10.2026
Oxunuş sayı: 133