Bazarda kənd yumurtasının qiyməti bahalaşdı
Azərbaycanda kənd yumurtasının qiyməti son bir ayda artaraq 40 qəpiyə çatıb.
Crossmedia.az xəbər verir ki, paytaxt və bölgə bazarlarında əvvəllər 20-30 qəpiyə satılan kənd yumurtasının qiyməti hazırda 40 qəpiyə qədər yüksəlib.
Satıcıların sözlərinə görə, bahalaşmanın əsas səbəblərindən biri kənd toyuqlarında yumurta istehsalının azalmasıdır.
Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli bildirib ki, payız və qış aylarında yumurta istehsalının azalması, tələbatın isə yüksək olaraq qalması qiymət artımına səbəb olur.
O, soyuq aylarda yumurtanın qiymətinin daha da yüksələ biləcəyini istisna etməyib.
11:28 07.10.2026
Oxunuş sayı: 157