Rusiyada Mi-8 helikopteri qəzaya uğrayıb, ekipaj yaralanıb
Rusiyanın Kamçatka bölgəsində Mi-8 helikopteri sərt eniş edərək aşıb.
Crossmedia.az xəbər verir ki, “Rosaviasiya” bu barədə məlumat yayıb.
Məlumata görə, Mi-8 helikopteri Jupanova dağ çayı ərazisində sərt eniş edib və daha sonra aşıb. Helikopterdə olan üç ekipaj üzvü yüngül xəsarət alıb.
Yaralı ekipaj üzvləri ərazidən təxliyə olunub. Helikopter “Kamçatka Aviasiya Müəssisəsi” ASC-yə məxsusdur.
Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.
19:38 06.10.2026
Oxunuş sayı: 47