Fazil Məmmədov nazir müavini təyin edildi
Fazil Məmmədov Naxçıvan Muxtar Respublikası (MR) mədəniyyət nazirinin müavini vəzifəsinə təyin edilib.
Crossmedia.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev sərəncam imzalayıb.
Fazil Məmmədovu kollektivə Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev təqdim edib.
O, bu təyinatadək Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı rəhbərinin müavini vəzifəsində çalışıb.
17:26 06.10.2026
Oxunuş sayı: 60