BƏƏ-də əsas fond indeksləri regional gərginlik fonunda düşüb
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) əsas fond indeksləri regionda gərginliyin artması fonunda geriləyib.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb.
Məlumata görə, Dubay və Əbu-Dabi fond birjalarının indeksləri İran və ABŞ arasında danışıqlarda yaranan dalan və Hörmüz boğazında gəmiçiliklə bağlı narahatlıqlar fonunda aşağı düşüb.
Analitiklər regionda artan geosiyasi gərginliyin investorların əhvalına və maliyyə bazarlarına təzyiq göstərdiyini bildirirlər.
09:49 03.10.2026
Oxunuş sayı: 43