152 min nəfərə bu şərtlərlə əmək pensiyası verildi
Bu ilin sentyabr ayı ərzində Azərbaycanda xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 151 706 nəfər olub.
Crossmedia.az-a bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir.
Məlumata görə, onların 116 104 nəfəri yaşa, 12 510 nəfəri əlilliyə, 23 092 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alıb.
11:00 02.10.2026
Oxunuş sayı: 58